Siz bu veb saytın daha az data sərf edən mətn versiyasına baxırsınız. Bütün şəkil və videoları özündə əks etdirən əsas versiyaya baxın.
Türkmənistan "koronavirus sözünü qadağan edir"
Türkmənistanda koronavirus sözünə qadağa qoyulub, sağlamlıq haqqında məlumat kitabçalarından bu söz yığışdırılıb və onun mediada istifadəsinə icazə verilmir, Sərhədsiz Reportyorlar (RSF) qrupu bildirib.
RSF iddia edir ki, maska taxan və ya koronavirus haqqında danışan insanlar məxfi polis tərəfindən həbs oluna bilər.
Türkmənistan dünyanın ən qapalı ölkələrindən biri sayılır, RSF qrupunun məlumatında deyilir.
Hakimiyyət yerli mediaya tam nəzarət edir və xarici xəbər saytları bloklanır.
Türkmənistan koronavirus hadisələrinin aşkar olunmadığını bildirir. Onunla qonşu İranda 47 mindən çox yoluxma halı qeydə alınıb.